A

UNEC-in “İqtisadiyyat və işlətmə” kafedrasının müəllimi Araz Aslanlı Türkiyənin Ankara şəhərində keçirilən 2 nüfuzlu elmi tədbirdə məruzə ilə çıxış edib.

A.Aslanlı əvvəlcə Türkiyənin Orta Doğu Texnik Universitetinin Qara dəniz və Orta Asiya ölkələri Araşdırma Mərkəzinin təşkil etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ilində Azərbaycan və Türkiyə” adlı beynəlxalq konfransa qatılıb. O, “Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Tədbirdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Xəzər İbrahim, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, ADA Universitetinin dekanı Elnur Soltanov, ADA Universitetinin müəllimi Anar Vəliyev, Orta Doğu Texnik Universitetinin prorektoru Fatma Dilek Şahin, ODTÜ-nün professorları Ayşe Ayata, Ayça Ergun, Zana Çitak və TÜRKSAM-ın baş katibi Gencehan Babiş də məruzə ilə çıxış ediblər. Məruzələrdən sonra iştirakçıların sualları cavablandırılıb.

UNEC müəllimi həmçinin Hacettepe Universitetinin Beynəlxalq Tələbə Koordinatorluğunun təşkil etdiyi “Azərbaycan xarici siyasəti və Dağlıq Qarabağ problemi” adlı beynəlxalq seminarda məruzə ilə çıxış edib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR