A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunda (İAETİ) elmi seminar keçirilib.

Seminarda İAETİ-nin “İKT və innovasiya iqtisadiyyatı” şöbəsinin müdiri, dosent Aydın Hüseynov “İnnovasiyaların təhsilin keyfiyyətinin yüksəldilməsində rolu” adlı mövzusunda çıxış edib. Təqdim edilən araşdırmada innovativ tədris texnologiyaların tədbiqi səviyyəsini müəyyənləşdirmək məqsədilə UNEC-in III kurs bakalavr, I kurs magistr və müəllimləri olmaqla min respondent arasında sorğu keçirilib. Onlar fakültələrdə fənnlər üzrə innovasiya səviyyəsi, ayrı-ayrı innovasiya üsullarının dərslərdə tətbiqi səviyyəsini dəyərləndirib, oyun metodlarının tətbiqi ilə bağlı təkliflər veriblər.

Elmi seminarda iştirak edən İAETİ əməkdaşları, professor-müəllim heyəti və UNEC-ın keyfiyyət elçiləri məruzə ətrafında müzakirə aparıblar. Məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay