A

UNEC-in Tələbə Elmi Cəmiyyətinin (TEC) hesabat-seçki konfransı keçirilib.

Konfransda UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova TEC-in son bir ildəki fəaliyyətinə qısa nəzər salaraq, tələbələrin elmi-tədqiqat işlərinə cəlb olunması, xarici universitetlərin tələbə elmi təşkilatları ilə əlaqələrin genişləndirilməsi istiqamətində işlərin layiqincə yerinə yetirildiyini bildirib. O, UNEC-də qiyabi təhsildə ilk dəfə olaraq TEC-in fəaliyyətinin qurulmasını əlamətdar hadisə adlandırıb.

Konfransda TEC-in sədri Aslan Əzimzadə hesabat məruzəsi ilə çıxış edib. O, 2017-2018-ci tədris ilində TEC-in 42 layihə reallaşdırdığını, o cümlədən fənn olimpiadaları, disput, elmi müsabiqə və intellektual yarışlar keçirdiyini bildirib. Hesabat dinlənildikdən sonra qənaətbəxş hesab edilib.

Çıxışlardan sonra TEC-ə yeni sədr seçkiləri keçirilib. Sədrliyə namizədlərin platformaları dinlənildikdən sonra səsvermə aparılıb. İqtisadiyyat fakültəsinin II kurs tələbəsi Nərmin Heydərova UNEC TEC-in yeni sədri seçilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR