A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunan elmi-praktiki konfrans keçirilib.

“Azərbaycan Xalq Cümhuriyyəti: tarix və iqtisadi tərəqqi” mövzusunda keçirilən konfransda kollecin direktoru, dosent Oruc Məmmədov cümhuriyyət dövrünün tarixi, siyasi və hüquqi əhəmiyyətindən danışıb, müasir Azərbaycanın varislik öhdəliklərindən söz açıb.

UNEC-in rektorunun kollec üzrə müşaviri, professor Nuru Mikayılov AXC hökumətinin təhsil sahəsində apardığı islahatlardan bəhs edib.

Konfransda kollecin humanitar və sosial fənn birləşmə komissiyasının sədri Mahal Zeynalova “AXC və müasir Azərbaycan: tarixi baxış”, İqtisadiyyat və statistika fənn birləşmə komissiyasının sədri Aybəniz Xasayeva isə “AXC-nin iqtisadi siyasəti: müasir yanaşma” mövzularında məruzə ilə çıxış ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR