A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu (İAETİ) “Elmi tədqiqat ili” çərçivəsində növbəti elmi seminar keçirib.

Seminarda İAETİ-nin böyük elmi işçisi, dosent Elman İbişov “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunmasına sistemli baxış” mövzusunda təqdimatla çıxış edib.

Ərzaq təhlükəsizliyinin təmin edilməsini müəyyən edən amillərdən danışan E.İbişov bu amillərin ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasında rolunu qeyd edib. O, ərzaq təhlükəsizliyini hər bir insanın sağlam və məhsuldar həyat tərzi üçün ərzaqla kifayət qədər təmin edilməsi kimi dəyərləndirərək, bu problemin həllinin ilk növbədə yoxsulluğun azaldılması, ərzaq təminatının və ərzaq məhsullarından istifadənin səmərəsinin artırılması ilə bağlı olduğunu vurğulamış, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsində və əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsində xüsusi rolu olan resurs təminatının araşdırılması və vacib amillərin əsas aspektləri barədə məlumat verib.

Məruzəçi qeyd edib ki, ərzaq təhlükəsizliyi daxili təhlükəsizlik amili olmaqla, daxili təhlükəsizlik siyasətinin həyata keçirilməsinin əsas məqsədi kimi sistemi və ya dövləti risklərdən qorumaqdır. Bu baxımdan ərzaq təhlükəsizliyi məsələsinə yanaşsaq, onda belə bir fikrə gələrik ki, məcmu istehlakın idxaldan asılılığını azaltmaqla yerdə qalan tələbatın yerli istehsal hesabına təmin edilməsi elə effektiv formada həyata keçirilməlidir ki, ölkənin təhlükəsizlik sistemi böhranla rastlaşmasın.

Təqdimatdan sonra müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bir sıra təkliflər səsləndirilib.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay