A

UNEC-də “İKT sahəsində yeniliklər və müasir tendensiyalar” mövzusunda təlim keçirilib.

UNEC-in Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimdə mərkəzin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, tədbir Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilir.

UNEC-in İqtisadiyyat fakültəsinin professor-müəllim heyətinin iştirak etdiyi təlimdə Elektron İdarəetmə Mərkəzinin əməkdaşları elektron tribuna, müəllimin şəxsi kabinet və hesablarının təhlükəsizliyi ilə bağlı ətraflı məlumat veriblər. İştirakçılara nüfuzlu elmi bazalar olan “Web of Science” və “Scopus”dan istifadə qaydaları barədə də təqdimat keçirilib.

Sonda müəllimlərin sualları cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay