A

UNEC-də Texnologiya və dizayn fakültəsi və “Qida məhsullarının texnologiyası” kafedrasının təşkilatçılığı ilə “Azərbaycanda istehsal olunan qida məhsullarının texnologiyası və təhlükəsizlik prinsiplərinin araşdırılması” mövzusunda dəyirmi masa keçirilib.

“Elmi-tədqiqat ili” çərçivəsində təşkil olunan dəyirmi masada fakültənin professor- müəllim heyəti ilə yanaşı, qida sektoru sahəsində fəaliyyət göstərən özəl qurumların nümayəndələri də iştirak edib.

Fakültə dekanı, professor Vəkil Hüseynov ölkə əhalisinin qida məhsulları ilə etibarlı təminatının dövlətin sosial-iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olduğunu bildirib. Son illərdə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yüksəldilməsi və ixrac potensialının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdıran V.Hüseynov həyata keçirilən tədbirlərin davamı olaraq,  bu sahəyə nəzarət sisteminin səmərəliliyinin daha da artırılmasının qarşıdakı dövr üçün əsas vəzifələrdən biri kimi müəyyənləşdirildiyini vurğulayıb.

Kafedra müdiri, dosent Mehriban Məhərrəmova taxıl və un məhsullarının mikrobiologiyası, sanitariya və gigiyenası taxıl, xəmir və çörəyin mikrobiotaları, saxlanma şəraiti və emalı zamanı dəyişilməsi, çörək istehsalının mikrobiologiyası, taxıl və un məhsullarının, çörək-bulka məmulatlarının gigiyenası barədə ətraflı məlumat verib.

UNEC-in məzunu, Milli Kulinariya Mərkəzinin baş direktor müavini Ceyran Əsgərova və “TÜV Austria Group”un sertifikasiya və təlim üzrə nümayəndəsi Rəna Muradova qida təhlükəsizliyinə dair müxtəlif standartların mahiyyəti və tətbiqindən danışıb, ixracyönümlü məhsullar istehsal edən müəssisələrdə Aİ qanunvericiliyinin tətbiqinin vacibliyini diqqətə çatdırıb.

Sonda universitetlə qida sektorları arasında əməkdaşlıq imkanları müzakirə edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR