A

UNEC-in “Biznes və menecment” fakültəsində “Azərbaycanda rəqabətqabiliyyətli biznes mühitinin inkişaf istiqamətləri” mövzusunda elmi-praktiki seminar keçirilib.

Seminarda fakültənin professor-müəllim və tələbə heyətilə yanaşı UNEC Biznes Məktəbinin direktoru Nazim Hacıyev də iştirak edib. Fakültə dekanı dosent Mirağa Əhmədov seminarda cıxış edərək qeyd edib ki, 6-7 sentyabr tarixlərində  ABŞ-ın Beynəlxalq inkişaf üzrə iş şurası (BCİU) və Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda təşkil olunan “Azərbaycan Rəqabətlilik Forumu – 2018”-də Azərbaycanın iqtisadi inkişafına təkan verəcək bir çox iqtisadi sahələri, o cümlədən əlverişli biznes mühiti müzakirə mövzusu olub. Dos. M.Əhmədov qeyd edib ki. biznes mühitinin inkişafında investisiyaların cəlb olunması, həmçinin inkişaf etmiş dünya ölkələrinin qabaqcıl təcrübələrinin əlkəmizə gətirilməsi çox mühüm əhəmiyyətə malikdir.

Biznesin idarə edilməsi kafedrasının dosent Niyazi Həsənov cıxışında qeyd edib ki, rəqabət prinsiplərinə əsaslanan biznes mühitinin daha da genişləndirilməsi, ölkənin investisiya cəlbediciliyinin artırılması və riskin dərəcəsinin minimuma endirilməsi, qanunvericilik bazasının dünyada gedən proseslərin tələblərinə uyğun təkmilləşdirilməsi, inzibatçılığ prosesində şəffaflığın təmin edilməsi sahəsində mühüm islahatların həyata keçirilməsi  imkan verəcək ki, Azərbaycanın beynəlxalq reytinqi daha da artsın və mövqeyi  daha da yaxşılaşsın.

ABŞ-ın Harvard Universitetinin Deyvis Rusiya və Avrasiya Tədqiqat Mərkəzində (Beyin Mərkəzi) tədqiqat aparmağa və müvafiq ixtisas üzrə  dərs tədris etməyə dəvət olunmuş, UNEC biznes məktəbinin direktoru dosent Nazim Hacıyev Azərbaycan-ABŞ biznes əlaqələrinin gələcək inkişaf strategiyasına toxunaraq, biznesin inkişafına təsir göstərən əsas faktorlardan biri olan kadr potensialı məsələsinə toxundu və təhsilin biznesin inkişafındakı rolunun əhəmiyyətindən danışdı.

“Biznesin idarə edilməsi” kafedrasının müdiri dos. Məhəmməd Əliyev dövlətin apardığı iqtisadi siyasət əsasında sahibkarlığın səmərəli fəaliyyətinin daha da inkişaf etdirilməsində istiqamətlərini seminar iştirakçilarının nəzərinə çatdırdı.

Sonda seminar iştirakçılarının sualları cavablandırıldı.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR