A

Professor-müəllim heyətinin məlumatlandırılması məqsədilə "Jomard Publishing" elmi nəşriyyatının dərc etdiyi populyar "New Design Ideas" jurnalında məqalələrin dərc olunma qaydaları barədə tədbir keçirilib.

UNEC-in “Dizayn” kafedrasının professor-müəllim heyəti ilə təşkil edilən görüşdə  Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov və "Jomard Publishing" elmi nəşriyyatının direktoru, professor Yusif Qasımov çıxış edib.  

Prof.Z.Məmmədov görüşün mahiyyəti barədə geniş məlumat verib. Y.Qasımov "Jomard Publishing" elmi nəşriyyatının fəaliyyəti haqqında söz açıb  və  "New Design Ideas" jurnalında məqalələrin çap olunması qaydaları barədə məlumat verdi. Bildirilib ki, jurnal dizaynın müxtəlif sahələrinə, o cümlədən, sənaye, vizual rabitə, memarlıq, şəhər dizaynı, həmçinin müxtəlif sahələrdə dizayn tədqiqatlarını və yeni nəticələri özündə əks etdirən rəyləşdirilən məqalələrin nəşrinə həsr olunmuş açıq nəşrdir. Jurnalın məqsədi həmçinin praktiki əhəmiyyətli nəticələrin elmdə və sənayedə çalışan mütəxəssislər arasında informasiya transferinə dəstək verməkdir.

Görüşdə “Dizayn” kafedrasının professor-müəllim heyəti ilə jurnal arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi barədə təkliflər irəli sürüldü.

Tədbir zamanı “Dizayn” ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət təşkil edilən sərgi maraqla qarşılandı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay