A

UNEC-in  Biznes və menecment fakültəsində  Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə “TANAP və TAP Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir” mövzusunda seminar keçirilib.

Seminarda fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər. Fakültə dekanı, dosent Mirağa Əhmədov TANAP (Trans-Anadolu qaz boru kəməri) və TAP (Trans-Adriatik təbii qaz boru kəməri) layihələrinin strateji əhəmiyyətindən  danışıb. Hər iki layihənin dünyada enerji siyasətinin yenidən formalaşması istiqamətində atılan mühüm addım olduğunu vurğulayıb.

“Ticarət və gömrük işinin təşkili” kafedrasının müdiri, professor Arif Şəkərəliyev isə TANAP və TAP layihələrinin iqtisadi əhəmiyyətini açıqlayaraq, iqtisadi baxımdan güclü rola malik olduqlarını diqqətə çatdırıb.

Fakültə TEC-nin sədri Amal Veysəlov mövzu ilə bağlı təqdimatla çıxış edib.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR