A

UNEC-də beynəlxalq elmi jurnallarda nəşr olunan məqalələrə dair əsas tələblərə həsr olunmuş seminar keçirilib.Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru, professor Zahid Məmmədov  seminarın məqsədi və tədqiqatçılar üçün yaratdığı imkanlar haqqında məlumat verib.

Tədbir çərçivəsində “Web of Science” platformasının sahibi “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti Valeriya Kurmakayeva geniş təqdimatla çıxış etdi. Təlimdə “Web of Science” platforması üzrə naviqasiya məsələləri, elmi dərgilərin axtarışı, seçim meyarları, elmi nəşrlərin tələbləri və digər məsələlərə toxunuldu.

Məruzəçi bildirdi ki, 23-30 oktyabr tarixlərində www.clarivate.ru saytı vasitəsilə “Web of Science” platformasına həsr edilmiş vebinar keçiriləcək. Hər bir kəs qeydiyyatdan keçərək bu onlayn yayımda iştirak edə bilər.

V.Kurmakayeva qeyd etdi ki, hər hansı bir nəşrdə elmi məqaləni dərc etməzdən əvvəl dərgi haqqında ətraflı məlumat əldə etmək zəruridir. Son zamanlar beynəlxalq aləmdə peyda olan və özünü elmi jurnal adlandıran lakin reytinqi aşağı olan dərgilər mövcuddur. Bu səbəbdən araşdırmaçının məqaləsi dərc edilən dərgini diqqətlə seçməsi zəruridir.

Tədbirdə ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması yolları, “Web of Science” platformasında qeydiyyatdan keçmək və s. məsələlərlə bağlı məlumat verildi. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay