A

UNEC-də “Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsirləri və vergi hesablamaları” mövzusunda təlim təşkil edilib.

Təlim zamanı tədbirin təşkilatçısı Distant, Qiyabi və Əlavə Təhsil Mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev UNEC-də “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas  sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı Strateji Planı”nın təsdiq edildiyini qeyd edərək bildirdi ki, artıq ikinci ildir ki, bu istiqamətdə universitetimizdə ciddi işlər reallaşdırılır.

S.Tanrıverdiyev onu da bildirib ki, Strateji Plan çərçivəsində həyata keçiriləcək təlimlərdə nəzərdə tutulan mövzular kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyəti çərçivəsində meydana çıxa biləcək və onları narahat edən praktiki məsələləri özündə ehtiva edir. Tədbir zamanı kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması ilə bağlı ümumilikdə 10 təlimin nəzərdə tutulduğu bildirilib.

Təlimdə “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti Zöhrab Paşayev “Kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsirləri” mövzusu ilə çıxış edərək iştirakçılara geniş məlumat verib.

Tədbir zamanı Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin “Tədris və metodika” şöbəsinin rəisi, dosent Ramiz Məhərrəmov “Kiçik və orta sahibkarlıq subyektləri üçün vergi hesablamaları” mövzusuna həsr edilmiş təqdimatla çıxış edib.

Tədbirdə müzakirəyə çıxarılan məruzələr böyük maraqla qarşılanmış, xüsusilə iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində vergitutma məsələləri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR