A

“Biznes və menecment” fakültəsində Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası ilə bağlı tələbələrə mühazirələr oxunub. 

İlk mühazirə “Korrupsiyasız Azərbaycan: cəmiyyətin maarifləndirilməsi” mövzusuna həsr edilmişdir. Xatırladaq ki, bu təqdimat "Yaxşı idarəçilik üçün Tərəfdaşlıq Proqramı" çərçivəsində 24 noyabr 2017-ci il tarixində keçirilmiş “Korrupsiyaya qarşı mübarizəyə və etik davranış modullarının ali təhsilə inteqrasiyası” mövzusundakı seminarda iştirakçı olmuş “Menecment” kafedrasının dosenti Zakir Mirzəyev tərəfindən keçirilmişdir.  

Tədbirdə UNEC-in “Hüquq” şöbəsinin hüquqşünası Mayis Sadıqov isə “Ölkədə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üsulları” mövzusunda mühazirə oxumuşdur. Mühazirədə qeyd olunub ki, dünyada korrupsiya cəmiyyət üçün ən ciddi problem hesab edilir və ona qarşı ölkəmizdə də ciddi mübarizə aparılır.

Tədbirdə həmçinin tələbələrə korrupsiyaya qarşı mübarizə haqqında qanunvericiliyin müddəaları haqqında da məlumat verilib. 

Sonda mühazirələr ətrafında müzakirələr aparılıb. Tələbələri maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay