A

Türkiyənin Niğdə Ömərhalisdəmir Universitetində "Türk dünyasında beynəlxalq əlaqələr, Türkiyə-Qazaxıstan-Azərbaycan" mövzusunda konfrans keçirilmişdir.

UNEC və Niğdə Universiteti arasındakı "Mevlanə Mübadilə Proqramı" çərçivəsində ikili müqaviləyə əsasən Niğdəyə ezam olunmuş "Beynəlxalq münasibətlər" kafedrasının müəllimi Pərviz Səmədov konfrans çərçivəsində mövzu ətrafında məruzə ilə çıxış etmişdir.

Tədbirdə Pərviz Səmədovla yanaşı, Türk dünyasının müxtəlif ölkələrindən, L.N.Gumilyov adına Avrasiya Milli Üniversitetindən Baurjan Mustafayev, Anuar Alkiyev, Kayırgali Maksatbek, Mölder Bolısbekova, türk dünyasının tanınmış politoloqu Dr. Çiğdem Şahin və əlaqədar şəxslər çıxış etmişlər.

İqtisadiyyat fakültəsi dekanı, prof. Dr. Haluk Bengüy və digər şəxslər tədbirdə məruzələrlə çıxış etdilər. Türkiyə-Azərbaycan əlaqələri, Türkiyə-Qazaxıstan əlaqələri və digər mövzular ətrafında müzakirələr aparıldı. 

Tədbirdə türk dünyası dövlətləri arasında inkişaf edən mədəni-mənəvi əlaqələrə toxunuldu, elmi əməkdaşlığın vacibliyi barədə söz açıldı, üniversitetlər arasında mübadilə proqramlarının önəmi qeyd edildi. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR