A

UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi və universitetin nəzdində fəaliyyət göstərən UNEC Empirik Tədqiqatlar Mərkəzinin direktoru Xətai Alıyevin həmmüəllifi olduğu “Seçilmiş post-sovet ölkələrində Vaqner qanunu və Keynes hipotezinin yoxlanılması” mövzusunda yazılan tədqiqat işi “Acta Universitatis Agriculturae et Silviculturae Mendelianae Brunensis” jurnalında dərc edilib.

Məqalədə zaman əsaslı (times series) verilənlərin təhlili çərçivəsində, ekonometrik qiymətləndirmə metodlarından istifadə olunmaqla büdcə xərcləri və adambaşına düşən ÜDM miqdarı arasında qısa və uzunmüddətli dövr əlaqəsi 9 post-sovet ölkəsi - Latviya, Litva, Estoniya, Özbəkistan, Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna və Qırğızıstan Respublikası üçün qiymətləndirilib. 

Tədqiqat işində əldə olunan empirik qiymətləndirmə nəticələri uzunmüddətli dövrdə Vaqner qanununun Latviya, Litva, Özbəkistan, Gürcüstan, Ukrayna və Qirğızıstan Respublikasında, Keynes hipotezinin isə Estoniya, Özbəkistan, Azərbaycan, Qırğızıstan Respublikası və Moldovada keçərli olduğunu göstərir. Qeyd olunan iqtisadi göstəricilər arasında güclü qısa müddətli dövr asılılığının mövcudluğu Litva və Qırğızıstan Respublikasından başqa bütün ölkələrdə empirik qiymətləndirmə nəticələri ilə müəyyən olunub.

UNEC müəlliminin həmmüəllifi olduğu tədqiqat işini bu keçiddən oxumaq mümkündür: https://acta.mendelu.cz/media/pdf/actaun_2018066051227.pdf

Qeyd edək ki, “Acta Universitatis Agriculturae et Silviculturae Mendelianae Brunensis” jurnalının “Scopus” tərəfindən hesablanan 2016-cı il üçün impakt faktoru 0.32 –dir və Q3 kateqoriyasında yer alır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR