A

Kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə savadlılığının artırılması məqsədilə UNEC-də növbəti təlim keçirilib.

Təlim Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin tətbiq edilməsi haqqında” Fərmanının icrasını təmin etmək məqsədilə UNEC-də qəbul edilən  strateji plan çərçivəsində təşkil olunub.

Təlimdə kiçik və orta sahibkarlar, marketinq mütəxəssisləri, tələbələr iştirak edib. Distant, qiyabi və əlavə təhsil mərkəzinin direktoru Səbuhi Tanrıverdiyev bildirib ki, sahibkarlıq subyektləri arasında maraqla qarşılanan təlimlər kiçik və orta müəssisələrin maliyyə vəziyyətinin əsas göstəriciləri, KOS subyektləri üçün mühasibat uçotu, kiçik orta sahibkarlıq subyektlərinin fəaliyyətinə vergi siyasətinin təsiri, vergi hesablamaları və digər mövzuları əhatə edib. O, sahibkarlıq subyektlərinin maraqlarını əhatə edən daha 6 təlimin keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Sonra UNEC-in Karyera Mərkəzinin direktoru Ramil Cabbarov “Kiçik və orta sahibkarlıq subyektlərinə marketinq dəstəyi: ticarət markası, məhsulların brendləşməsi, mövqeyi və irəliləməsi” mövzusunda təqdimatla çıxış edib. O, kiçik büdcə ilə marketinq kampaniyalarının hazırlanması, rəqəmsal marketinq imkanlarının dəyərləndirilməsi, bazar araşdırmalarında əsas məqamların müəyyənləşdirilməsi, istehlakçı davranışlarının izlənilməsi və digər istiqamətlərdə praktiki məlumatlar verib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay