A

UNEC-in İqtisadiyyat fakültəsində elmi seminar keçirilmişdir.

Tədbirdə “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının professoru Rəsul Balayev “Urbanizasiya Dinamik İnkişaf Kontekstində” adlı mühazirə ilə çıxış etmişdir.

Mühazirəçi şəhər anlayışının mahiyyəti, son illərdə sürətlənən şəhərləşmə prosesinin xüsusiyyətləri kimi mövzular ətrafında fikirləri ilə bölüşmüşdür. O cümlədən, qeyd edilmişdir ki, şəhər dedikdə biz iqtisadi fəal ərazini, inkişafın poliqonunu, urbanizasiya proseslərinin maddi nəticəsini, müxtəlif fəaliyyət formalarının ərazi təmərküzləşməsini və s. xüsusiyyətləri başa düşürük. Mühazirə tələbələr tərəfindən maraqla qarşılanmış və geniş müzakirələrə səbəb olmuşdur.

Seminar çərçivəsində “İqtisadiyyat” fakültəsinin  “Sənayenin təşkili və idarə olunması” ixtisasının I və II kurs tələbələrinin iştirakı ilə maraqlı müzakirələr keçirilmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR