A

Bu gün UNEC-də «Tədqiqat layihələrinin maliyyə dəstəyi: kontekst və perspektivlər» mövzusunda seminar-təlim keçirilmişdir.

Tədbir yerli və beynəlxalq donorlardan elmi layihələrə qrant dəstəyinin alınması strategiyasının öyrənilməsinə həsr edilmişdir.

Tədbiri giriş sözü ilə UNEC-in Elm və innovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov açaraq, elmi tədqiqatların vacibliyinə və qrant layihələrində iştirakçılığa toxunaraq, universitet qarşısında duran vəzifələr haqqında danışmışdır.

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri, dosent Murad Bağırzadə qrantyönümlü tədqiqat layihələrinin hazırlanması və həyata keçirilməsi barədə məruzə ilə çıxış etmişdir, dinləyicilərin diqqətini layihə hazırlığı ilə bağlı ən mühüm cəhətlərə cəlb etmişdir. Təlim-seminar geniş mövzuya giriş xarakteri daşıyaraq sual-cavab interaktiv rejimdə keçirilmiş, ekspres-sorğu və özünütestləşdirmə üsulundan istifadə etməklə konkret ehtiyacların öyrənilməsi kimi mövzuları əhatə etmişdir. Tədbirdə, həmçinin, müzakirə edilən prinsipial məqamlara dair iştirakçılar öz mövqeyini bildirmişlər.

Daha çox müzakirələrə səbəb olan məsələlər sırasında qrant layihələrinin hazırlanmasının keyfiyyət göstəriciləri, donorlarla münasibətlərin qurulması qaydaları, tədqiqat problemlərinin əsaslandırılması, ölkəmizdə layihələrin idarə edilməsi praktikası olmuşdur.

Təlim zamanı qeyd edilmişdir ki, qrantyönümlü tədqiqat layihələrinin hazırlanması üsullarının mütəmadi təlim vasitəsilə mənimsənilməsinə obyektiv tələbat vardır. Eyni zamanda, bildirilib ki, UNEC-də tədqiqat layihələrinə vəsait ayıran yerli və xarici donorlarla bağlı  informasiya mübadiləsi mühitinin yaradılmasına diqqət yetirilməlidir. Digər vacib məqam UNEC müəllim heyətinə yerli və beynəlxalq donorlardan elmi layihələrə qrant dəstəyinin alınması üzrə təfsilatlı təlimin keçirilməsi zərurəti vardır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR