A

Biznes və menecment fakültəsinin “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov və dosenti Zakir Mirzəyev Binəqədi rayon M.Ə.Rəsulzadə adına bələdiyyə idarəsinin əməkdaşları ilə görüş keçirib.

Görüş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planına uyğun həyata keçirilmişdir. Görüş çərçivəsində bələdiyyə ərazisində kiçik orta sahibkar fəaliyyətinin təşkili üzrə tövsiyyələr verilmiş, risklərin idarə edilməsi və sığortalanması üzrə stolüstu məlumat kitabçası praktik istifadə üçün təqdim edilmişdir.

Bunula yanaşı “Dövlət və bələdiyyə edarəetməsi” ixtisası üzrə təhsil alan tələbələrin auditoriyadan kənar saatlarının eləcə də istehsalat təcrübələrinin keçirilməsi müzakirə obyekti olmuş və müvafiq razılıq əldə edilmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR