A

Texnologiya və Dizayn fakültəsinin Tələbə Elmi Cəmiyyətinin və “Qida məhsullarının texnologiyası” kafedrasının tələbə elmi dərnəyinin birgə təşkilatçılığı ilə “Qida təhlükəsizliyinin müasir problemləri” mövzusunda konfrans keçirilmişdir.

Açılış nitqində fakültə dekanı Vəkil Hüseynov, tələbələrin gələcəkdə qida məhsullarının təhlükəsizliyində rolunu vurğulamış və gənclərə yaradılan şəraitdən söz açmışdır. Daha sonra “TUV” Avstriya şirkətinin təlim və sertifikatlaşdırma üzrə mütəxəssisi Rəna Muradova “Qida məhsullarının təhlükəsizliyi idarəetmə sistemləri” və “İstehsalat zəncirindəki təşkilatlara olan tələblər” mövzusunda tələbələrə seminar keçmişdir.

Tədbir UNEC-in professor-müəllim heyətinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının mütəxəssisi Mədinə Əliyevanın və digər qonaqlarımızın nitqləri ilə davam etmişdir.

Seminarın sonunda tələbələrin sualları cavablandırılmışdır.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR