A

UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun əməkdaşları Türkiyədə keçirilən “International Conference on Applied Economics and Finance & Extended with Social Sciences ICOAEF’18” mövzusunda beynəlxalq konfransda iştirak ediblər.

Quşadası-Aydında təşkil olunan beynəlxalq konfransda Azərbaycanla yanaşı, Böyük Britaniya, Fransa, İtaliya, İndoneziya, Misir, Türkmənistan, Çin, Polşa, Hindistan, Albaniya,  Serbiya, İran, Pakistan, Tacikistan, Özbəkistan da daxil olmaqla 25 ölkənin 126 universitet və elmi təşkilatından 446 iştirakçının məruzəsi dinlənilib.

Konfransda UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun şöbə müdiri, dosent Murad Bağırzadənin  “Ali təhsilin keyfiyyətinin modelləşdirilməsinə dəyişənlərin qarşılıqlı əlaqələrinin informasiya ölçüləri əsasında yanaşma”, institutun böyük elmi işçiləri, dosent Elman İbişov və Fərhad Mikayılovun isə “İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrində orta təbəqənin  xüsusiyyətləri” və “Keçid iqtisadiyyatlarında ixrac diversifikasiyasının bəzi aspektləri” mövzularında məruzələri maraqla dinlənilib.

Səfər çərçivəsində UNEC nümayəndələri Ankara şəhərində keçirilən “II Uluslararası Hakemli & Katılımlı Avrasya Zirvesi”nə də qatılaraq Azərbaycanın qonşu dövlətlərlə iqtisadi münasibətləri barədə çıxış ediblər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay