A

UNEC Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin Anım Gününə həsr olunmuş “Heydər Əliyevin müasir Azərbaycan iqtisadiyyatındakı əvəzsiz rolu” adlı elmi seminar keçirilmişdir.

Tədbirdən öncə Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Giriş nitqində fakültə dekanı, dosent Asiman Quliyev tələbələrə tədbirin məqsədi barədə məlumat verdi. A.Quliyev Ulu öndərin ölkə iqtisadiyyatına göstərdiyi böyük qayğı və diqqətdən danışdı.

“Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının müdiri, professor Əli Əlirzayev, Azərbaycan iqtisadiyyatının formalaşmasında, ölkədə gedən quruculuq işlərində Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu diqqətə çatdırdı.

Daha sonra çıxış edən “İqtisadi nəzəriyyə” kafedrasını müdiri, professor Əlican Babayev Ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatı üçün ixtisaslı mütəxəssislərin hazırlanmasında rolu, elmə və təhsilə qayğısı və diqqəti barədə danışdı. Ümummilli liderin siyasətinin hazırda da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən davam etdirildiyini nəzərə çatdıran professor, tələbələrə Ulu öndər Heydər Əliyevin irsini araşdırmağın, gənc nəslin elm və təhsilə daha çox diqqət göstərməsinin zəruriliyini vurğuladı.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR