A

Ekspertiza və standartlaşdırma fakültəsində “Azərbaycanda turizm xidmətlərinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması” mövzusunda elmi seminar keçirilmişdir.

Seminarda Azərbaycan Standartlaşdırma İnstitutunun əməkdaşları, UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamentinin direktoru professor Zahid Məmmədov, fakültənin professor-müəllim və tələbə heyəti iştirak etdilər. Fakültənin dekanı, dosent Tofiq Osmanov, “İstehlak mallarının ekspertizası” kafedrasının müdiri, professoru Əli Həsənov, Azərbaycan Standartlaşdırma İnstitutunun direktoru, professor Natiq Tağıyev, “Standartlaşdırma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanov, professor  Məhəmmədəli Nuriyev və dosent İlham Seydəliyev  Azərbaycanda turizm xidmətlərinin təşkilinin normativ təminatı, xidmətlərin sertifikatlaşdırılması, bu sahənin perspektiv məsələləri haqqında çıxış etdilər. Seminarda müəllim və tələbələrin sualları cavablandırıldı.

Seminarın sonunda Azərbaycan Standartlaşdırma İnstitutu ilə birgə “Standart” elmi jurnalının nəşr olunması, tədris vəsaitlərinin hazırlanması, elmi-praktik seminarların keçirilməsi, UNEC və Azərbaycan Standartlaşdırma İnstitutunun birgə əməkdaşlığı haqqında memorandum layihəsinin işlənməsi qərara alındı.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay