A

UNEC-in Maliyyə mühasibat fakültəsi Tələbə Elmi Cəmiyyətin Maliyyə və Maliyyə institutları kafedrası nəzdində fəaliyyət göstətən “Gənc maliyyəçilər” tələbə elmi klubu tərəfindən “Bank sektoru və onun perspektivləri” mövzusuna həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə “Gənc maliyyəçilər” tələbə elmi klubunun rəhbəri Şəhla Əlicanova mövzu ətrafrında maraqlı təqdimatla çıxış etmişdir. Daha sonra tələbələrin mövzu haqqında maraqlı çıxışları dinlənilmişdir. Dəyirmi masa müzakirələrlə davam etmiş, sonda çıxış edən tələbələrə sertifikatlar verilmişdir.

Bu cür dəyirmi masaların keçirilməsi gələcəkdə də nəzərdə tutulur.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR