A

UNEC  Tələbə Elmi Cəmiyyətinin Ekspertiza və Standartlaşdırma fakültəsi üzrə heyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tələbə elmi konfransı keçirilmişdir.

Konfransda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Texniki Universitetinin tələbə və müəllimləri də iştirak etmişdir.

Konfransın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ekspertiza və Standartlaşdırma fakültəsinin dekan müavini, dosent Elçin Səmədov çıxış etmişdir. Konfransın plenar iclas hissəsində “Standartlaşma və sertifikasiya” kafedrasının müdiri, professor Zabit Aslanovun, UNEC TEC-in Ekspertiza və Standartlaşdırma fakültəsi üzrə elmi rəhbəri, baş müəllim Afət Cəfərovanın, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti Arzu İbrahimovanın çıxışları dinlənilmişdir.

Daha sonra konfransın ikinci hissəsində tələbələrin təqdimatları keçirilmiş, dinləyici tələbələrlə qarşılıqlı diskussiya formatında müzakirələr aparılmışdır.

Sonda isə çıxış edən tələbələr sertifikatlarla təltif ediliblər.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay