A

UNEC-in Dərbənt filialının Elmi Şurasının növbəti iclası keçirilmişdir.

Filialın direktoru Kurban Kurbanov iclası açaraq gundəliyə daxil olan  məsələləri elan etdi. 2018/2019-cu tədris ilinin qış imtahan sessiyasının yekunları haqqında İqtisadiyyat fakültəsinin dekanı, dos. M.Mehdiyev məruzə ilə çıxış etmişdir. Fakültə dekanı qış imtahan sessiyasında tələbələrin fəallığını qeyd etmiş və qarşıda duran məsələlər haqqında məlumat vermişdir. Həm əyani, həm də qiyabi şöbədə təhsil alan tələbələr yaxşı nəticələr göstərmişlər.

Tədbirdə qış imtahan sessiyası dövründə filialda yaradılmış imtahan nəzarət komissiyasının fəaliyyəti haqqında məlumat verilmişdir. Bildirmişdir ki, orta məktəblərdə Dərbənd filialı haqqında geniş məlumatlar verilməsi və məktəblərə səfər edərək 11-ci sinif şagirdləri ilə görüşlərin keçirilməsi zəruridir.

UNEC Elmi Şurasının katibi, filialin elmi şurasının üzvü, prof. Elnur Sadıqov qış imtahan sessiyasının normativ sənədlərə uyğun təşkili haqqında məlumat vermişdir.

İclasın sonunda cari məsələlər müzakirə edilmişdir.  

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay