A

14-15 fevral 2019-cu il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Sosial İqtisadi İnkişaf (Economic Social Development – ESD) təşkilatı ilə birgə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək. 

Bakının Park Inn otelində saat 9:00-da start götürəcək konfrans ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.   Beynəlxalq tədbirdə Vergilər Nazirliyinin, Mərkəzi Bankın, həmçinin, 20 ölkədən, o cümlədən, “University of Siegen” (Almaniya) və digər ən mötəbət universitetlərin nümayəndələri iştirak edəcək, panellərdə çıxış edəcəklər.

UNEC-in təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək konfransda dünyanın 20-dən çox ölkəsinin tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. Konfransda iştirak məqsədilə 240-dan çox məqalə təqdim olunub. Konfransa qəbul olunan məqalələr “Web of Science”-də və “EconLit”də dərc olunacaq.

 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay