A

UNEC-in "Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı" kafedrasının baş müəllimi Səidə Sultanlı “Biologiya (canlı orqanizmlərdə enerji)” adlı dərs vəsaiti hazırlamışdır.

Müasir tələblərə cavab verən dəsr vəsaiti ali təhsil müəssisələri üçün ekoloq-mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Dərs vəsaitində tələbələrə Yerin bioloji komponenti haqqında fundamental biliklər verilir, bitki ehtiyatlarının qorunması və rasional istifadəsinin zəruriliyi əsaslandırılır, bitki ekologiyasının canlı orqanizmlərində enerji metabolizmin əsas nəzəri məsələləri əks etdirilir, ekoloji faktorları və bitkilərə təsirləri araşdırılır.

Dər vəsaitində qeyd edilir ki, ətraf mühitin çirklənməsi qlobal ekoloji probleminə çevrildiyi dövrdə, bəşəriyyət iqtisadi artım seçimi və Yer üzündəki həyatın qorunması qarşısında dayandığı zaman, enerji mübadiləsi və təbiətdəki maddələrin dövriyyəsi səviyyəsində ətraf mühitə antropogen təsirlərin öyrənilməsinə və tədqiqinə ehtiyac yaranıb. Bu problemin təbiət - cəmiyyət, enerji, maddə və s. əlaqələr səviyyəsində öyrənilməsi vacib məsələlərdən biridir.

“Biologiya (canlı orqanizmlərdə enerji)” dərs vəsaitində bitki mənşəli təbiətin və insan həyatında yeri və rolu, bitki təkamülünün əsas dövrləri, onların biosferin hazırkı vəziyyətindəki rolu göstərilir, fitosenoz və bioqeosenoz haqqında biliklər verilir. Vəsaitdə bitki örtüyünün landşaftının tərkib hissəsi kimi olmasını nəzərə alaraq, təbiətdəki kompleks və qarşılıqlı əlaqələr haqqında geniş nəzəri məlumatlar verilmişdir. Dərs vəsaitində Yerin bitki örtüyünün yayılmasının mürəkkəb xarakteri göstərilir, zonal və intrazonal bitki örtüyünün xüsusiyyətləri verilir, Azərbaycanın və planetimizin bitki örtüyünün hazırki vəziyyətinin təhlili, gələcəkdə baş verəcək dəyişikliklərin proqnozları aparılır. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR