A

01 mart 2019-cu il tarixində UNEC-də “Elm aylığı”nın keçirilməsi ilə bağlı “Tədbirlər planı”na uyğun olaraq İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) təşkilatçılığı ilə “2018-ci ilin iqtisadiyyat üzrə Nobel mükafatçısı Pol Romer və Uilyam Nordxaus haqqında məruzə”mövzusunda tədbir keçirilib.

Tədbiri UNEC-in Elm və İnnovasiyalar üzrə prorektoru, professor Sakit Yaqubov açaraq, Universitetdə bu günə qədər Elm aylığı çərçivəsində keçirilən tədbirlərdən danışdı və sonra çıxış üçün sözü məruzəçi İAETİ-nun elmi katibi Rafail Rzayevə verdi.

Məruzəçi çıxışında İqtisadiyyat üzrə Nobel mükafatçıları haqda ümumi məlumat verdikdən sonra 2018-ci il İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüş Pol Romer və Uilyam Nordhaus haqqında danışdı. Laureatların həyat və elmi fəaliyyəti haqda ətraflı məlumat verən məruzəçi onların hansı tədqiqatlarına görə Nobel mükafatına layiq görüldüklərini şərh etdi. Daha sonra R.Rzayev Pol Romer və Uilyam Nordhausun elmi tədqiqatlarının əsas istiqamətləri barədə ətraflı danışdı və bu tədqiqatların dünya birliyi üçün müstəsna əhəmiyyətini qeyd etdi.

Məruzəçi tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı.

Daha sonra UNEC “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının müdiri, dos. V.Z.Mehdizadə və İAETİ-nun direktoru prof. Y.Həsənli mövzu ilə əlaqədar fikirlərini bildirdilər.

Tədbir UNEC-in Elm və İnnovasiyalar üzrə prorektoru professor Sakit Yaqubovun yekun sözü ilə tamamlandı.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR