A

UNEC-də “Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi departamenti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin (AGAAMC) təşkilatçılığı ilə keçirilən tədbirdə tədqiqata marağı olan gənclər iştirak edib.

Departamentin direktoru, professor Zahid Məmmədov seminarın əhəmiyyəti barədə tələbələrə məlumat verərək, gənc tədqiqatçılar arasında müasir dünyanın tətbiq etdiyi yeni innovativ ideyaların təbliğ edilməsinin əhəmiyyətindən danışıb.

AGAAMC-nin sədri İlqar Orucov Gənclər Fondu barədə təqdimatla çıxış edib. Bildirib ki, fondun əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarətdir.

Doktorantura şöbəsinin müdiri dosent Həmid Həmidov çıxış edərək tədbirin gələcəkdə doktorantura pilləsinin beynəlmiləşməsi üçün xüsusi əhəmiyyət kəsb etdiyini bildirdi. UNEC-in “Nizami” layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlərdən biri kimi gənc tədqiqatçılarımızın və doktorantlarımızın beynəlxalq arenada elmi mübadiləsinin daha da sürətləndirəcək. 

“Open science – elmin inkişafı üçün yeni konsepsiyalar” mövzusunda çıxış edən AGAAMC-nin nümayəndəsi, dosent Ruslan Rəhimli layihənin qısa təsviri verərək, onun məqsəd və vəzifələrindən söz açıb.

Seminarda iştirak edən “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəfov indeksli elmi jurnallara çıxış imkanları barədə iştirakçılara ətraflı məlumat verib. AGAAMC-nin eksperti Sevinc Ədilovanın açıq tədqiqat materialları barədə çıxışından sonra seminar müzakirələrlə davam edib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR