A

UNEC-in kitabxanasına “Marketinq araşdırmaları bələdçisi” adlı kitab hədiyyə olunub.

UNEC Karyera Mərkəzi ilə əməkdaşlıq həyata keçirən “Bimpact” araşdırma və konsaltinq şirkəti tərəfindən hədiyyə olunan kitabın müəllifləri marketinq sahəsində geniş təcrübəyə malik olan, tanınmış yazarlar Kənan Hüseynli və Nail Kərimlidir. “Marketinq araşdırmaları bələdçisi” kitabı həmin ixtisas üzrə təhsil alan tələbə və magistrlər, o cümlədən tədqiqatçılar üçün nəzərdə tutulub. Kitabda bazar araşdırmasının planlaması, kəmiyyət-keyfiyyət araşdırması, fokus qrup, təhlillərin istifadəsi, müştəri məmnuniyyəti, qiymət, məhsul, seqmentasiya tədqiqatlarının tətbiqinə dair praktik bilgilər yer alıb.

Kitabı UNEC-in 24/7 kitabxanasında və bütün tədris binalarının oxu zallarında əldə etmək mümkündür.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay