A

UNEC-də “Elm aylığı” çərçivəsində elmi tədqiqat fəaliyyətinin stimullaşdırılması və tələbələrin elmi fəaliyyətə marağının artırılması məqsədi ilə Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamenti, UNEC Empirik Tədqiqatlar Mərkəzi və Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) tərəfindən təşkil olunan “Tələbələrin elmi fəaliyyətə cəlb olunması: potensial imkanlar və perspektivlər” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə maraqalı müzakirələr aparılmışdır.

Tədbirdə UNEC Doktorantura şöbəsinin müdiri dos. Həmid Həmidov çıxış edərək tələbələrin elmi fəaliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. Daha sonra Beynəlxalq iqtisadiyyat (ingilis dilli) kafedrasının müdiri dos. Altay İsmayılov UNEC tələbələrinin elmi fəaliyyətə cəlb olunma potensialı barədə çıxış etmişdir. Bildirmişdir ki, xüsusilə də son illərdə 2-ci ixtisas qrupu üzrə yüksək bal toplayan tələbələrin UNEC-i seçməsi və bu tendensiyanın gedərək daha da artması, universitetdə elmi-tədqiqat fəaliyyətlərinin təşviq olunması istiqamətində atılan addımlar və alınan qərarlar tələbələrin elmi fəaliyyətlərə cəlb olunma perspektivlərini genişləndirir. Bu çərçivədə, həm yaradılan tədqiqat mərkəzləri daxilində, həm də kafedralar nəzdində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində müəllim-tələbə əməkdaşlığının genişləndirilməsi daim diqqət mərkəzində olmalıdır. Dos. A.İsmayılov ISE-də artıq belə bir tendensiyanın başladığını, UNEC Empirik Tədqiqatlar Mərkəzi və Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrası tərəfindən tələbələr üçün “Tədqiqat Vaxtı (Research Time)” layihəsinin həyata keçirildiyini iştirakçıların diqqətinə çatdırmışdır.

Elmi tədbirdə “UNEC tələbələri elmi tədqiqatda: nə qədər uğurlu?” başlıqlı məruzə ilə çıxış edən Empirik Tədqiqatlat Mərkəzinin rəhbəri Xətai Alıyev tələbələrin elmi fəaliyyətə cəlb olunması çərçivəsində müəllim-tələbə əməkdaşlığının mikro və makro səviyyədə müsbət təsirləri barədə iştirakçılara məlumat vermişdir. UNEC Empirik Tədqiqatlar Mərkəzi tərəfindən tələbələrin elmi fəaliyyətə cəlb olunması barədə yaradılan şərait, xüsusilə də  “Tədqiqat Vaxtı” layihəsi haqqında məlumat verən Xətai Alıyev tələbələrin tədqiqat potensialının olduqca yüksək olduğunu qeyd edərək qazanılan uğurları xüsusilə vurğulamışdır. ISE-nin 3-cü kurs tələbələri Nigar Bəkirova, Mehin Əmiraslanova və Nərmin Eynizadənin həmmüəllifi olduğu “Bakı şəhərində mənzil qiymətlərinə təsir edən faktorlar: empirik analiz (Determinants of housing prices in Baku: empirical analyses)” başlıqlı məqalənin SCOPUS bazasında indekslənən beynəlxalq nüfuzlu jurnalda çap olunması bu əməkdaşlığın uğuru kimi iştirakçıların diqqətinə çatdırılmışdır. Eyni zamanda, Mərkəz rəhbəri UNEC tələbələrinin cəlb olunduğu digər elmi-tədqiqat işləri barədə hesabat xarakterli məlumat verərək əldə olunan nailiyyətləri iştirakçılarla paylaşmışdır.

Tədbir “Tədqiqat Vaxtı” layihəsi çərçivəsində UNEC Empirik Tədqiqatlar Mərkəzi nəzdində ISE tələbələri tərəfindən yerinə yetirilən tədqiqat işlərinin elmi nəticələrinin tələbələrin təqdimatında dinlənilməsi və müzakirəsi ilə davam etmişdir. Tədbirdə Beynəlxalq İqtisadiyyat (ingilis dilli) kafedrasının 3-cü kurs tələbələri – Əsmər İsayeva “Həyat məmnuniyyəti və emiqrasiyaya meyillilik arasında əlaqənin empirik təhlili”, Nigar Bəkirova “Təhsil səviyyəsi və maaş arasında əlaqənin empirik təhlili: Cinsi mənsubiyyətə görə diskriminasiya varmı?”, Cavid Seyfullalı, Nərmin Səidova, Tural Musayev və Fərzalı  Nuhiyevin “Azərbaycanda qadınların əmək bazarında iştirakında təhsilin və həyat yoldaşının gəlirinin rolu: empirik analiz” mövzularında həmmüəllifi olduqları tədqiqat işlərinin əsas nəticələri barədə məruzələri dinlənilmişdir. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR