A

UNEC-də Elm aylığı çərçivəsində Elmi fəaliyyətin təşkili və idarəedilməsi Departamentinin (EFTİED), Texnologiya və Dizayn fakültəsinin, "Rəqəmsal iqtisadiyyat və İKT" kafedrası və Rəqəmsal iqtisadiyyat tədqiqat mərkəzinin təşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: problemlər və perspektivlər” mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə Elm və innovasiyalar üzrə prorektor, professor Sakit Yaqubov açıb, bu tədbirlərin keçirilməsində məqsəd və hədəfin UNEC-in elmi-tədqiqat universitetinə çevrilməsindən ibarət olduğunu vurğulayıb. O, bu statusun əldə edilməsi üçün Nazirlər Kabinetinin qəbul etdiyi yeddi bəndli qərarda nəzərdə tutulmuş 4 bəndin məhz elmlə bağlı olduğunu və bu bəndlərin icrasının da elmin inkişafı istiqamətində cəmiyyətə və insanlara fayda verəcəyinə yönəldiyini konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Konfransın işində iki məruzə dinlənilib. Onlardan biri  “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının professoru, i.e.d. Arzu Hüseynovanın təqdimatında “Rəqəmsal iqtisadiyyat və iqtisadiyyatın rəqəmsallaşması” mövzusuna həsr olunub. Professor Arzu Hüseynova öz məruzəsində XXI əsrin iqtisadiyyatının, onun tərkib hissəsi olan şəbəkə və ya internet iqtisadiyyatının, rəqəmsal və dayanıqlı iqtisadiyyatın, bilik iqtisadiyyatının fərqli və oxşar cəhətlərinə toxunub, rəqəmsal iqtisadiyyatdan iqtisadiyyatın rəqəmsallaşmasına keçidi izah edib. O, rəqəmsal iqtisadiyyatın beynəlxalq reytinqlərini və ölçmə amillərini göstərməklə Azərbaycanın bu reytinqlərdə tutduğu yer və son illlər ərzində reytinq cədvəllərində irəliləyişləri haqda geniş məlumat verib.

İkinci məquzə ilə “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının professoru, i.e.d. Rəsul Balayev çıxış edib. O, özünün “Rəqəmsal iqtisadiyyat: mahiyyət, reallıqlar və perspektivlər” adlı məruzəsində rəqəmsal iqtisadiyyat anlayışının  izahını verib, rəqəmsal iqtisadiyyatın qiymətləndirilmə meyarları, indikatorları və strukturu haqda danışıb. Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı üçün görülən işlərin mühüm müsbət nəticələrini və əsas indikator olaraq tranzaksiya xərclərini şərh edib, rəqəmsal mühitdə rəqabət və tənzimləmə məsələlərinə toxunub. Respublikamızda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində rəqəmsal iqtisadiyyatın inkişafını təşviq edən tədbirlərin nəzərdə tutulduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.

Mövzu ətrafında müzakirələrdə Fizika və kimya  kafedrasının professoru Mayıl Tağıyev rəqəmsal anlayışının fizikada mahiyyətindən bəhs edib.

Konfransın sonunda professor Sakit Yaqubov rəqəmsal iqtisadiyyat üzrə respublikamızda aparılan statistikanın son illəri əhatə etdiyini, zaman etibarilə onun yeni sahə olmasına baxmayaraq bütün dünyada sürətli inkişafını nəzərə alaraq respublikamızda da ümumi daxili məhsulun tərkibində bu sahənin həcminin artacağına və  yüksək inkişaf tempinə nail olunacağına əminliyini bildirib. 

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay