A

UNEC-də “Elm aylığı” çərçivəsində növbəti tədbirAzərbaycanda əmək bazarının müasir vəziyyəti” mövzusuna həsr olundu.

Tədbir UNEC-in Elmi fəaliyyətin təşkili və idarə edilməsi Departamentinin Tədqiqat Mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili şöbəsi, İqtisadiyyat fakültəsinin və  Əmək Bazarının Monitorinqi Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilib.

Tədbiri giriş sözü ilə açan İqtisadiyyat fakültəsinin dekan müavini, dosent Müşrəvan Əliyev qeyd edib ki, universitetdə “Elm aylığı” çərçivəsində geniş tədbirlər həyata keçirilir və bu tədbirlərdə ölkəmizdə iqtisadi inkişafın davamlılığını təmin etmək istiqamətində aparılan işlər, aktual problemlər müzakirə olunur. O, əmək bazarındakı vəziyyətin öyrənilməsinin həm məşğulluğun təmin olunması, həm də əhalinin həyat səviyyəsinin yüksəldilməsi imkanlarının öyrənilməsi baxımından çox əhəmiyyətli olduğunu vurğulayıb və Əmək Bazarının Monitorinqi Mərkəzinin bu sahədə aparacağı tədqiqatların da bu işə ciddi töhfələr verəcəyinə şübhə etmədiyini bildirib.

Sonra Əmək Bazarının Monitorinqi Mərkəzinin rəhbəri, “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasının dosenti İsmayıl İsmayılov “Azərbaycanda əmək bazarının müasir vəziyyəti”  mövzusunda məruzə ilə çıxış edib. Azərbaycan Respublikasında dövlətin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən birinin də ölkə əhalisinin tam və əlverişli məşğulluğunun təmin edilməsi olduğunu bildirən məruzəçi müstəqillik illərində bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verib. Aparılan işlərin Azərbaycanın əmək bazarında bir çox problemlərin həllinə şərait yaratsa da, hələ də bəzi ciddi problemlərin qaldığını vurğulayıb. Əmək bazarının aktual problemləri barədə ətraflı məlumat verən  dos. İ.E. İsmayılov bildirib ki, aparılan tədqiqatlar Respublikanın əmək bazarında vəziyyətin xeyli mürəkkəb olduğunu göstərir. Bu da əhalinin məşğulluğun  təmin olunması istiqamətində siyasəti daim təkmilləşdirməyi tələb edir. Məruzəçi əmək bazarının tənzimlənməsi, məşğulluqla bağlı problemlərin həlli ilə bağlı Əmək Bazarının Monitorinqi Mərkəzi tərəfindən hazırlanan təkliflərlə bağlı da məlumat verib.

Tədbirdə iştirak edən İqtisadiyyat fakültəsinin dekan müavini, dosent  Elçin Eyvazov, “Əməyin iqtisadiyyati və təşkili” kafedrasının dosenti Sevinc Bayramova, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor  əvəzi Amil Əlili ölkənin əmək bazarının müasir durumu, inkişaf istiqamətləri, məşğulluq sahəsində olan problemlər, inkişaf etmiş ölkələrdə əmək bazarının tənzimlənməsi istiqamətində həyata keçirilən tədbirlər  barədə danışıblar.

Çıxışlardan sonra Azərbaycanda əmək bazarının müasir vəziyyəti ilə bağlı suallar ətrafında müzakirələr aparılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay