A

"Elm aylığı" çərçivəsində UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində "Kollecdən universitetə keçid: problemlər və perspektivlər" mövzusunda dəyirmi masa keçirilmişdir.

Kollecin direktoru h.f.d., dos. Oruc Məmmədov Prezident İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə 27 martın "Elm Günü" kimi təsis edilməsinin elmə olan dövlət qayğısının bariz nümunəsi haqqında və UNEC-də hər il keçirilən "Elm aylığı"nın mahiyyəti barədə geniş məlumat verdi. Dəyirmi masada müzakirə predmeti olan "Kollecdən universitetə keçid: problemlər və perspektivlər" mövzusunun müasir dövr üçün olduqca aktual olduğunu qeyd etdi. Kollec məzunlarının universitetdə təhsillərinin davam etdirməsinin əsas elementləri, bu sahədə mövcud problemlərin həlli istiqamətləri haqqında danışdı.

UNEC-in rektorunun kollec üzrə müşaviri, prof. Nuru Mikayılov çıxış edərək kollecdə kadr potensialının gücləndirilməsinin zəruri cəhətlərini xüsusi vurğuladı.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktor müavini, i.e.d., prof. Rövşən Quliyev kollec təhsilinin ABŞ təcrübəsi haqqında danışdı.

Dəyirmi masa iştirakçıları mövzu üzrə geniş müzakirələr apardılar və qarşıda duran vəzifələrdən bəhs etdilər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR