A

UNEC-in professor-müəllim heyəti və tələbələrdən ibarət kollektivi 30.03.2019-cu il tarixində “Quba Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir.

Ziyarət zamanı müəllim və tələbələr bələdçi tərəfindən bir sıra arxiv sənədləri, bir çox tarixi şəkillərlə ətraflı tanış edilərək, erməni vəhşiliyinin şahidi olmuşlar.

Ziyarətdən sonra UNEC-in kollektivi tərəfindən Universitetin Quba, Tədris, İdman və İstirahət Kompleksinin konfrans zalında 1918-ci il Azərbaycanlıların Soyqırımının 101 illiyinə həsr edilmiş “31 Mart - Azərbaycanlıların Soyqırımı: səbəblər və nəticələr” mövzusunda Tələbə Elmi Konfransı keçirilmişdir.

Konfrans iştirakçılarını UNEC-in tələbələrlə iş üzrə prorektoru dos. Səadət Qəndilova salamlamış və 31 Mart Azərbaycanlıların Soyqırımı barədə tələbələrə ətraflı məlumat vermişdir.

Daha sonra Ekspertiza və standartlaşdırma fakültəsinin dekanı dos. Tofiq Osmanov, “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti i.f.d. Elşən Məmmədov geniş çıxış etdilər və söz konfrans məruzəçilərinə verildi. Konfransda “Humanitar fənlər kafedrasının” baş müəllimi t.f.d. Cəmilə Həsənova, “Azərbaycan dili” kafedrasının dosenti fil.e.n. Aynur Qədiməliyeva, eləcə də İqtisadiyyat fakültəsinin tələbələri Fuad Əliyev, Günay Əliyeva, Aynur Osmanlı və Ruslan Quliyev soyqırım barədə müxtəlif mövzularda öz məruzələri ilə çıxış etdilər.

Sonda İqtisadiyyat fakültəsinin dekanı dos. Asiman Quliyev Azərbaycanlıların soyqırımı haqqında ətraflı çıxış edərək konfransı qapalı elan etdi.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR