A

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) YARAT  Müasir incəsənət məkanının təşkilatçılığı ilə “İnsan: Özünü dərk et” özünüinkişaf proqramı çərçivəsində məşhur Amerika alimi, ekspert Dr.Emiliana R. Simon-Tomas xoşbəxtlik haqqında mühazirə keçib.

Həyatının böyük hissəsini xoşbəxtliklə bağlı faktların öyrənilməsinə həsr edən amerikalı alim, məruzəsində xoşbəxt olmağın sirlərini açıqlayıb. Alim xoşbəxtliyi hiss etməyi, onu ətrafdakı insanlarla bölüşməyi bir elm adlandıraraq, bu elmə yiyələnməyin mümkünlüyünü bildirib. Dr. Emiliana R. Simon-Tomas uzun müddət xoşbəxtlik fenomenini araşdırdığına diqqət çəkərək, düşündüklərini daha yaxşı anlayan və hazırda nə etdiklərinə daima diqqət yetirən insanların gündəlik həyatlarında xoşbəxtliyi daha tez-tez hiss etdiklərini bildirib.

Qeyd edək ki, Dr.Emiliana R.Simon-Tomas aprelin 5 və 6-da UNEC-də “Xoşbəxtlik elmi” mövzusunda ödənişsiz təlimlər keçəcək. Təlimlərdə xoşbəxtliyin idarə olunması, bu bacarığı şüurlu şəkildə yüksəltmək və özündə inkişaf etdirməyin üsulları haqqında məlumat veriləcək. Eyni zamanda şəxsi xoşbəxtliyi artırmaq üçün müxtəlif strategiyalardan istifadə etmək, streslərə qarşı psixi davamiyyəti qiymətləndirmək və inkişaf etdirmək, o cümlədən şəxsiyyətlərarası münasibətlər qurmağın yolları açıqlanacaq.

Təlimlərdə iştirak etmək üçün qeydiyyat: www.insan.yarat.az

Ətraflı məlumatı (+994) 050 289 3132 və ya Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçtuna yazmaqla əldə edə bilərsiniz.

Təlimçi haqqında: Emiliana R.Simon-Tomas fəlsəfə doktoru, nevrologiya, rəhmlilik, mərhəmət və minnətdarlıq psixologiyası üzrə ekspertdir. O, Berkeley’s Greater Good Science Center-də elmi şöbənin müdiridir, proqrama rəhbərlik edir və dünyanın bütün ölkəsindən 600 mindən çox insanın iştirak etdiyi onlayn təlim aparır. Emiliana R.Simon-Tomas mərhəmətin sağlamlığa, rifaha və sosial adaptasiyaya necə xeyir gətirdiyi üzrə ixtisaslaşaraq Stendford universitetində direktor əvəzi və CCARE (The Center for Compassion and Altruism Research and Education) böyük elmi işçi qismində çalışıb.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay