A

Azərbaycan Prezidentinin Fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə Strateji Yol Xəritəsi”nin icrasının təmin edilməsi məqsədilə, təhsil nazirinin imzaladığı “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in strateji planı təsdiq olunub. Strateji plana uyğun olaraq, UNEC-də “Milli sığorta bazarının tutumunun genişləndirilməsinin perspektivləri” mövzusunda seminar keçirilib.

UNEC-in “Maliyyə və maliyyə institutları” kafedrasının, Distant, qiyabi və əlavə təhsil mərkəzinin və  “Paşa Sığorta” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən seminar “Milli sığorta bazarının tutumunun genişləndirilməsinin perspektivləri” mövzusunda olub.

“Maliyyə və maliyyə institutları” kafedrasının müdiri, professor Əvəz Ələkbərov ölkədə aparılan iqtisadi islahatların tərkib hissəsi olan sığorta bazarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Azərbaycanda sığorta bazarının formalaşdırılması üçün əlverişli şəraitin yaradıldığını diqqətə çatdıran Ə.Ələkbərov, bu sahədə müəyyən çatışmazlıqların da olduğunu vurğulayıb. Professor strateji yol xəritəsində sığorta sektorunda mövcud problemlərin aşkarlanması, onların həlli yollarının müəyyən edilməsi, təkliflərin formalaşdırılması, sığorta sahəsi üzrə qanunverici bazanın təkmilləşdirilməsi, sığorta bazarının hərtərəfli analizinin aparılmasının qeyd edildiyini bildirib.

Paşa Sığorta ASC-nin marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Adil Bəkirov “Ölkədə sığorta bazarının inkişafında Paşa Sığortanın rolu və perspektivləri” mövzusunda ətraflı təqdimatla çıxış edib.

Çıxışlardan sonra seminarda milli sığorta bazarının tutumunun genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb, təkliflər səsləndirilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR