A

UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Maliyyə-İqtisad Kollecinin tələbələri üçün startap mövzusunda təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan kollecin direktoru, dosent Oruc Məmmədov ölkənin iqtisadi potensialının gücləndirilməsində startap hərəkatının əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, gənc sahibkarlığa göstərilən diqqət sayəsində startapçı gənclərin sayı günü-gündən artmaqdadır.

UNEC Karyera Mərkəzinin direktoru Ramil Cabbarov tələbələrə startap ideyasının formalaşdırılması, bu istiqamətdə uğurlu iş modelinin qurulması üçün mühüm məqamlar barədə məlumat çatdırıb. Startap fəaliyyəti zamanı istehlakçı və bazar araşdırmalarının aparılması yolları, əldə olunan məlumatlarla doğru qərarvermə strategiyalarından söz açıb. Əlavə olaraq, qlobal statistikaya əsaslanan və startapların iflasını sürətləndirən 20 səbəbi açıqlayıb. Həmçinin, mələk investorlarla iş prinsipi, toxum sərmayə cəlbetmə yolları, vençur kapitalın mahiyyəti, inkubasiya və akselerasiya prosesləri barədə də geniş məlumat verib. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR