A

UNEC Karyera Mərkəzi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə dünya maliyyə brendi Citigroup-un tərkibinə daxil olan Citibank-ın Yaxın Şərq və Afrika, RF, Ukrayna, Qazaxıstan, İsrail və Türkiyə üzrə Qiymətli kağızlarla iş bölməsinin rəhbəri Günsel Topbaşın qiymətli kağızlar bazarı haqqında master klass keçirilmişdir. 

Bakı Fond Birjası ilə imzalanmış memoranduma əsasən keçirilmiş təqdimatda tələbələrin böyük maraqla qarşıladıqları təqdimatda G.Topbaş qiymətli kazırların növləri, xüsusiyyətləri, müxtəlif regionlarda və ölkələrdə fond bazarının durumu və tendensiyaları haqqında fərqli formatda məlumat vermişdir. Bakı Fond Birjasının təşkilatçılığı ilə Bakıda işgüzar səfərlə olan G.Topbaş tələbələr üçün keçirdiyi master klassda dünya fond bazarının meyləri, müasir qiymətli kağızlar bazarında investisiya əməliyyatlarının sxemləri əyani şəkildə nümayiş edilmişdir. 

Dünya fond bazarının əsas tədbirlərində, konfranslarda mütəmadi olaraq çıxış edən G.Topbaş Azərbaycan fond bazarının inkişaf pespektivlərinə toxunaraq, həyata keçirilməsi zəruri olan işlər barədə məlumat vermişdir.  

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR