A

UNEC-in Texnologiya və dizayn fakültəsinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasında elmi seminar keçirilmişdir.

Seminarda kafedranın doktorantı texnika üzrə fəlsəfə doktoru Rahib Sailov “Müxtəlif iqlim şəraitində xam pambığın saxlanılmasının və emalının nəzəri və praktiki tətbiqi” mövzusunda məruzə etmişdir. O, xam pambığın tayalarda saxlanması zamanı nəmliyini azaltmaq və pambıqda özü-özünə yanma prosesinin qarşısını almaq  məqsədilə tayanın daxilinə isti hava vurmaqla pambığın uzun müddət keyfiyyətli saxlanmasını təmin etməklə prosesin dinamik modelini hazırlamış qurudulma prosesinin differensial tənliklərini tərtib etmişdir. Tədqiqatın nəticələrinin istehsalatda uğurla tətbiq olunduğu qeyd edilmişdir.

Mövzu ətrafında çoxsaylı suallar cavablandırılmışdır. Müzakirələrdə professorlar Rövnəq Rzayev, Məzahir Fərzəliyev, Vəkil Hüseynov, Fazil Vəliyev, Məmmədəli Nuriyev, Zabit Aslanov, dosent Məmməd Aslanov çıxış edərək təqdim olunan işin nəzəri və praktiki əhəmiyyətini qeyd etmişlər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR