A

UNEC-in “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının professor-müəllim heyətinin növbəti elmi seminarı keçirilmişdir.

Elmi seminarı giriş sözü ilə açan kafedranın dosenti, ixtisas rəhbəri T.Ə.Əliyeva UNEC-in elmi tədqiqat universitetinə çevrilməsi istiqamətində kafedra əməkdaşlarının qarşısında duran vəzifələrdən və bu vəzifələrin yerinə yetirilməsində kafedrada son dövrdə yaradılmış elmi tədqiqat mərkəzinin fəaliyyətindən bəhs edib.

Seminarda kafedranın baş müəllimi, “Rəqəmsal iqtisadiyyat” tədqiqat mərkəzinin rəhbəri, r.ü.f.d. Ü.Ş.Rzayevanın “Elmi fəaliyyətin keyfiyyətinin artırılması” mövzusunda məruzəsi dinlənilib.  Məruzə ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti tərəfindən aparılan elmi araşdırmaların keyfiyyətinin yüksəldilməsi məsələsinə həsr olunub. Ü.Ş.Rzayeva çıxışında Scopus və “Web of Science” kimi dünya miqyaslı biblioqrafik və referativ bazalardan istifadə və abunə imkanlarını sadalayıb. O, Azərbaycanın nüfuzlu bazalarda təqdim olunan elmi resurslarının informasiya imkanlarını təhlil etməklə, elmi işlərin aşağı keyfiyyətinin əsas səbəblərini açıqlayıb və bu səbəblərin doğurduğu  problemlərin həll yolları barədə öz təkliflərini verib.

Seminarda kafedranın müəllimi, Elmi fəaliyyətin təşkili və idarəedilməsi departamentinin «Tədqiqat mərkəzlərinin işinin əlaqələndirilməsi və təşkili» şöbəsinin müdiri R.Ş.Hüseynova elmi-tədqiqat mərkəzinin işinin təkmilləşdirilməsi üçün maarifləndirmə və təbliğat işlərinin aparılmasının vacibliyini qeyd edib. Kafedranın professor və müəllim heyətinin nüfuzlu jurnallarda məqalələrinin sayının artırılması üçün bu sahədə təcrübəsi olan müəllimlərlə birgə əməkdaşlıq etməyi təklif edib.

Mövzu ətrafında müzakirələrdə çıxış edənlər - dos. M.Ə.Salmanova, dos. K.K.Məmtiyev, dos. H.Ə.Əsgərov, dos. M.N.Musayev və dos. B.M.Qasımov nüfuzlu elmi jurnallarda məqalələrin nəşr etdirilməsində qarşılaşdıqları problemlər barədə məlumat vermiş və bu günkü elmi seminarın bu istiqamətdə işlərə təkan verəcəyinə ümid bəslədiklərini söyləmişlər. Kafedranın gənc müəllimi N.A.Talıbzadə kafedranın tədqiqat mərkəzinin xüsusi bazasının yaradılması təklifi ilə çıxış edib.

Elmi seminarın sonunda “Rəqəmsal iqtisadiyyat” tədqiqat mərkəzinin 2019/2020-ci tədris ilində planlaşdırdığı seminar mövzuları ətrafında müzakirələr aparılıb.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR