A

UNEC İqtisadiyyat fakültəsi Tələbə Elmi Cəmiyyəti "Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə" kafedrasının nəzdində “Bələdçi” elmi dərnəyinin rəhbəri və 125 saylı qrup mentoru, dosent Elşən Məmmədovun təşkilatçılığı ilə elmi seminar keçirilmişdir.

İqtisadiyyat fakültəsinin dekanı dosent Asiman Quliyev tədbirin açılışını edərək seminar iştirakçılarını və Zaqatala filialından video-körpü vasitəsiylə tədbirə qoşulan müəllim və tələbə heyətini salamlamışdır. Eyni zamanda seminarda dekan müavini Mehriban Kərimzadə, fakültənin tələbə-mentoru Nərmin Zeynallı və “Turizm və otelçilik” ixtisasının tələbələri iştirak etmişdir.

Elmi seminarın məruzəçisi  “Absheron Hotel Group”, Gəlirlər və Biznesin İnkişafı üzrə Qrup Direktoru Bahar Qəniyeva “Otellərdə sağlamlıq-müalicə və animasiya xidmətlərinin təşkili” mövzusunda çıxış etmişdir. Bahar Qəniyeva tədbir boyu otelçilik fəaliyyəti ilə bağlı tələbələri maraqlandıran bütün sualları ətraflı şəkildə cavablandırmışdır. Tədbirin sonunda dosent Elşən Məmmədov elmi seminarla bağlı öz fikirlərini bildirərək, Bahar Qəniyevaya öz təşəkkürünü bildirmiş və belə tədbirlərin davamlı olacağını vurğulamışdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay