A

UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Nərgiz Hacıyeva beynəlxalq məqalə müsabiqəsində Azərbaycandan qalib seçilib.

Nərgiz Hacıyevanın Litva və Polşa Respublikalarının Xarici İşlər nazirlikləri və Avropa Komissiyası tərəfindən elan edilən “Şərq tərəfdaşlığı proqramının gələcək perspektivləri” (The future perspectives of Eastern Partnership Programme) adlı beynəlxalq müsabiqəyə təqdim etdiyi məqalə “Şərq Tərəfdaşlığı ölkələri ilə qarşılıqlı əlaqələr: problemlər və perspektivlər” (How to engage with Eastern Partnership Countries: Problems and Perspectives) mövzusunda olub.

“Avropa İttifaqının Avropa Şərq Tərəfdaşlıq proqramının 10 illiyi"nə həsr olunan (EaP High-Level Conference) Brusseldə Avropa Komissiyasının Charlemagne baş qərargahında 13-15 may tarixlərində Avropa İttifaqı rəsmiləri, dövlət başçıları, diplomatlar, Avropa Beyin mərkəzlərinin analitikləri və müstəqil diplomatik tədqiqatçıların iştirak edəcəyi diplomatik görüş keçiriləcək. Görüşdə Nərgiz Hacıyeva fəxri laureatçı kimi, Avropa Şərq Tərəfdaşlıq proqramının gələcəyi ilə bağlı məruzə ilə çıxış edəcək. O, Şərq Tərəfdaşlıq proqramından irəli gələn çatışmazlıqları vurğulayaraq, tövsiyə və təkliflərini bildirəcək.

Qeyd edək ki, Nərgiz Hacıyeva Avropada müxtəlif Beyin Mərkəzlərində (Macarıstanda Korvinus Universiteti Soyuq Müharibə Siyasi və Tarix Tədqiqatlar İnstitutu, Çexiya Xarici İşlər Nazirliyi nəzdində Praqa Beynəlxalq Münasibətlər İnstitutu) müstəqil diplomatik tədqiqatçı kimi fəaliyyət göstərib. Avropa Diplomatik Akademiyasının (European Academy of Diplomacy, Poland) fəxri məzunu və PZU təqaüdü laureatçısıdır. Eyni zamanda, Avropa İttifaqının, Bakıdakı Avropa nümayəndiliyi tərəfindən 2018-ci ilin oktyabrın 27-də “Gənc Avropa Səfiri” (Young European Ambassador) və Gəncə şəhər üzrə koordinator seçilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR