A

UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecində “Nəsimi ili”nə həsr olunmuş tədbir keçirilmişdir.

Kollecin direktoru dos. Oruc Məmmədov çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il və “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” 11 yanvar 2019-cu il tarixli Sərəncamlarının əhəmiyyətindən danışdı.

Tədbirdə İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş məlumat verildi.

UNEC rektorunun kollec üzrə məsləhətçisi prof. Nuru Mikayılov müasir gəncliyin inkişafında klassik ədəbiyyatın rolundan danışdı.  

Kollecin tələbələri İmadəddin Nəsimi dünyasına həsr edilmiş təqdimatla çıxış etdilər.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR