A

Tələbə Elmi Cəmiyyəti İqtisadiyyat fakültəsinin və yeni yaradılmış "Law at UNEC" elmi dərnəyinin təşkilatçılığı ilə "İqtisadiyyatın tənzimlənməsi" kafedrasının baş müəllimi və eyni zamanda "Law at UNEC" elmi dərnəyinin rəhbəri Ərəbiyyə Mustafayeva tərəfindən "Əmək hüququ" adlı elmi seminar və elmi diskussiyası keçirilmişdir.

Elmi seminarda tələbələr əmək hüququ ilə ətraflı tanış olmuş, cari və gələcək əmək hüquqları haqqında məlumatlar almış, eyni zamanda əmək hüququ ilə bağlı onları maraqlandıran suallara elmi diskussiya formasında cavab tapmışlar.

Yeni yaradılmış dərnəyin digər işləri isə növbəti həftələrdə baş tutacaqdır.

TOP XƏBƏRLƏR

  • Həftə

  • Ay