A

UNEC-in professor-müəllim heyəti Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunan “Turizm və rekreasiya XXI əsrdə: problemlər və perspektivlər” mövzusunda IV beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Bakı Mühəndislik Universiteti və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi,  İqtisadiyyat fakültəsi, UNEC nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, UNEC Biznes Məktəbinin müəllimlərinin 10 məqaləsi proqrama daxil edilərək dinlənilib.

Konfransın plenar iclasında “İqtisadiyyat və idarəetmə” kafedrasının  baş  müəllimi  Suqra Hümbətova “Azərbaycanın turizm sektorunda mikro və kiçik sahibkarlığın klasterial inkişafının mikromaliyyələşmə məsələləri”, Qiyabi  təhsil  şöbəsinin müdiri Yalçın Köçərli isə “Azərbaycanda turizmin dayanıqlı inkişafının sosial-iqtisadi rolu və qiymətləndirilməsi” mövzusunda məruzə ilə çıxış ediblər. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR