A

UNEC-in Texnologiya və dizayn fakültəsində “Respublikamızda qida və tekstil sənayesinin inkişaf perspektivləri və qarşıda duran vəzifələr” mövzusunda III Respublika elmi-praktiki konfransı keçirilmişdir.

Konfransın plenar iclasını UNEC-in Elm və innovasiyalar üzrə prorektoru prof. Sakit Yaqubov açaraq qeyd etmişdir ki, artıq bu konfransın keçirilməsi ənənə halını almaqla üçüncü ildir ki, Texnologiya və dizayn fakültəsinin təşkilatçılığı ilə keçirilir. Konfransın coğrafiyasına diqqət yetirsək, görürük ki, ildən-ilə bura cəlb olunan respublikadan kənar təhsil, elm sahəsində çalışan alimlərin, o cümlədən qida və tekstil sənayesi üzrə emal müəssisələrinin nümayəndələrinin sayı nəzərə çarpacaq dərəcədə artmışdır. O, qeyd etmişdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlətin iqtisadi siyasətinin prioritet istiqaməti kimi aktuallığını getdikcə artırır. Son illər ölkəmizdə qida və tekstil sənayesinin inkişafına geniş imkanlar yaradılmışdır. Regionlarda qida, tekstil və digər sənaye sahələri üzrə istehsal zonalarının yaradılması neft-qaz ölkəsi olan Azərbaycanı yaxın gələcəkdə regionun qeyri-neft sənayesinin inkişaf etdiyi bir dövlətə çevirəcəkdir.

Konfransın plenar iclasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Elm Mərkəzinin direktor müavini t.e.d., prof. Tariyel Pənahov aqrar sahədə emal sənayesinin inkişaf perspektivləri haqqında danışaraq qeyd etmişdir ki, son 10 ildə respublikamızda aqrar sahənin sürətlə inkişafı əhalinin yerli qida və tərəvəz məhsullarına olan tələbatının tam ödənilməsi təmin edilmiş işsizliyin qarşısının alınmasında öz müsbət nəticələrini vermişdir.

Prof. Tariyel Pənahov çıxışınfa emal müəssisələrində çalışan fakültənin məzunlarının işindən, onların müəssisələrin istehsal sahələrində, o çümlədən idarəetmə strukturundakı fəaliyyətindən məmnun olduğunu bildirdi.

Daha sonra plenar iclasda çıxış edən MKT İqtisadi Kommersiya MMC-nin Tekstil idarəsinin rəisi Əli Əsədov respublikada tekstil sənayesinin hazırki vəziyyəti və bu sahədə görülən işlər barədə geniş məruzə ilə çıxış etdi. O, qeyd etdi ki, son 15 il ərzində Bakı şəhərində və regionlarda cənab Prezidentin sərəncamlarının icrası ilə əlaqədar Texnoparklar və tekstil sənaye müəssisələri tikilib istifadəyə verilmişdir. O, həmçinin UNEC-lə əməkdaşlığına yüksək qiymət verdi. Belə ki, bu sahədə hazırlanan mütəxəssislərin ixtisas təcrübəsinin MKT, MMC-nin müəssisələrində keçirilməsi və onların ali məktəbi bitirdikdən sonra müəssisələrdə qalıb işləmələri artıq ənənəyə çevrilmişdir.

Konfransın işi sonra bölmə iclaslarında davam etdirilmişdir.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR