A

14.05.2019-cu il tarixində Avropa Komissiyasında Charlemagne binasının "Alcide De Gasperi" zalında "Avropa İttifaqı Avropa Şərq Tərəfdaşlıq proqramının 10 illiyi" nə həsr olunmuş dövlət başçılarının, Azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov və Avropa ölkələrinin Xarici İşlər Nazirlərinin, diplomatların, siyasətçilərin toplaşdığı diplomatik konfrans Avropa Komissiyasının Prezidenti cənab Jean Claude Juncker-in nitqi ilə başlamışdır.

Tədbirdə Litva və Polşa Respublikalarının Xarici İşlər Nazirlikləri və Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən Beynəlxalq inşa müsabiqəsində UNEC-in Beynəlxalq əməkdaşlıq departamentinin əməkdaşı Nərgiz Hacıyeva “How to engage with Eastern Partnership Countries: Problems and Perspectives” başlıqlı məqaləsi ilə Azərbaycandan fəxri laureat seçilmişdir. Litva Respublikasının Xarici İşlər Naziri Linas Linkeviçus (Linkevičius) və Polşa Respublikasının Xarici İşlər Naziri Jacek Czaputowicz tərəfindən Nərgiz Hacıyeva “ən yaxşı müəllif və ən yaxşı” məqalə adlı fəxri diplomla və dəyərli hədiyyələrlə mükafatlandırıb.

N.Hacıyevanın məqaləsini oxuyarkən Polşa Xarici İşlər Naziri Azərbaycan Dövlət İqtisad Universitetinin UNEC-in adını xüsusi olaraq vurğuladı. Nazirlər məqalənin konstruktiv fikirlərə və nəzəriyyələrə əsaslandığını vurğuladılar. UNEC əməkdaşı Avropa Komissiyasi, Avropa Parlamenti, Avropa Miqrasiya Mərkəzinin dövlət rəsmiləri, dünyaca tanınmış diplomatlar, səfirlər və Xarici İşlər Nazirləri ilə keçirilmiş görüşlərdə iştirak etmiş, Şərq Tərəfdaşlıq proqramının 6 üzv ölkələr üçün ayrıca tətbiq olunacaq və onların konkret problemlərinə yönəlmiş təktərəfli (single-based approach) diplomatik yanaşmanın əhəmiyyətini qeyd etmişdir.

Avropa İttifaqının Xarici İşlər Nazirliyində (European External Action Service) Şərq Tərəfdaşlıq ölkələri (EaP) üzrə bölmə rəhbəri, diplomat cənab Richard Tibbelslə görüş zamanı EaP proqramı çərçivəsində Azərbaycanın digər şəhər və rayonlarının yüksək sosial-iqtisadi potensialını vurğulayaraq həmin ərazilərdə İttifaq tərəfindən müvafiq konstruktiv islahatların keçirilməsi və eyni zamanda, Azərbaycan-Avropa İttifaqı enerji münasibətlərini əhəmiyyətindən söz açaraq mövcud problemlər və perspektivlər haqqında fikirlər bildirildi. 

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR