A

Bu gün UNEC 24/7 kitabxanasının müdiri Arzu Məmmədovanın dəvəti ilə “EBSCOnun Azərbaycan üzrə koordinatoru Mehmet Can Soyulmaz və “Cambridge University Pressnəşriyyatının satış üzrə regional meneceri Leszek Czerwinski UNEC-də müəllimlər üçün təlim keçiriblər.    

Təlimdə Mehmet Can Soyulmaz “EBSCO” məlumat bazasının elektron resurslarından düzgün istifadə qaydalarından danışıb, axtarış sisteminin iş prinsipləri haqqında müəllimlərə geniş məlumat verib.

Daha sonra Leszek Czerwinski “Cambridge University Press” elektron bazasının təqdimatı ilə təlimə davam edib. 

Təlimdə müəllimlərin həm “EBSCO”, həm də “Cambridge University Press”ə daxil olan nüfuzlu jurnallarında elmi məqalələrin nəşri ilə bağlı və mövzu ətrafında digər sualları dolğun cavablandırılıb.  

Təlimin sonunda əməkdaşlığın perspektivləri müzakirə edilib.

London Universiteti/London İqtisadiyyat Məktəbi

TOP XƏBƏRLƏR